01-07-2020 10:16
ELANLAR
Sadə bir diaqram bütünlüklə nömrələrdən ibarət Excel vərəqində olan məlumatı daha aydın ifadə edə bilər.
Diaqram, Exceldə verilənləri qrafik formada əyani şəkildə təqdim etmək üçün nəzərdə tutulan alətdir. Diaqramlar məlumatları izləyən şəxslərin rəqəmlər arxasındakı mənanı görməsinə, müqayisələr və trendlərin göstərilməsinə imkan yaradır.
Bu Vebinarda Excel diaqram növlərinin necə, nə vaxt və nə üçün istifadə olunması haqqında öyrənəcəksiniz!
Vebinarda haqqında danışılacaq mövzular:
- Bar və Column Diaqramlar
- Pies və Donuts
- Scatter plots və Bubble Diaqramlar
- Tree Maps və Sunburst Diaqramlar
- Lines Diaqramlar
- Radar Diaqramlar
- Xüsusi Combo Diaqramlar və digər diaqramlar
- Tornado və Thermometer kimi xüsusi diaqramların, həmçinin bir neçə digər xüsusi diaqramların hazırlanması kimi mövzulara ətraflı baxılacaqdır.
Vebinara qeydiyyat üçün aşağıdakı linkə daxil olaraq qeydiyyat formunu doldura bilərsiniz:
https://forms.gle/wLa9hwdD7JfDitXH7
Əlavə məlumat üçün qeyd olunan əlaqə vasitələrinə müraciət edə bilərsiniz:
info@edutech.az
+994 (50) 205-10-37
18-06-2020 12:55
XƏBƏRLƏR
Microsoft Excel üzrə keçiriləcək vebinara qeydiyyat başladı, Dostlar.
Vebinarda Excel üzrə məntiqi funksiyalar mövzusuna toxunulacaqdır. Belə ki, IF funksiyasının növləri - Simple IF, Nested IF, Combined IF və digər funksiyalar ilə kombinasiyası(məsələn, VLOOKUP) kimi mövzuların izahı və praktiki olaraq nümunələri ilə tanış olacaq, biliklərinizi gücləndirəcəksiniz.
Vebinara qeydiyyat üçün keçid linkinə daxil olaraq, təqdim olunan formu doldurmanız kifayətdir:
https://forms.gle/ZRZTrgYjkcJcDnXaA
Əlaqə məlumatları:
info@edutech.az
+994(50) 205-10-37
14-05-2020 09:51
XƏBƏRLƏR
15'dən çox ölkədən, 50'dən çox spikerin iştirakı ilə, texnologiya tərəfdaşı olduğumuz World Net Summit onlayn konfransı başladı! Innovasiya ilə bağlı hər məqama toxunan tədbir özündə 9 fərqli fazanı birləşdirir. Bunlara Startup, Academy, Venture Summit, Corporate İnnovation Forum, Monex Summit, Maintech Forum kimi tədbirlər daxildir.
Hər günə iki tədbir olmaqla, 16:30-18:00 / 19:30-21:00 aralığında Youtube və konfransın Facebook ünvanı üzərindən canlı yayınlanacaq konfrans 15 Maya kimi davam edəcək.
Qürurla bildirmək istərdik ki, konfransın texnologiya tərəfdaşı olmaqla yanaşı, rəsmi veb sayt olan https://worldnetsummit.com komandamız tərəfindən yaradılmışdır. Spikerlərin siyahısı, mövzular və tədbirin agendası ilə saytdan tanış ola bilərsiniz.
Canlı izləyin - https://youtu.be/XH8yiAVmK_U
13-05-2020 09:50
ELANLAR
Webinara qeydiyyatdan keçmək üçün linklər:
Rus dilində təşkil olunacaq webinara qatılmaq üçün: Динамические массивы в Excel О365
Azərbaycan dilində təşkil olunacaq webinara qatılmaq üçün: Excel O365 Dinamik Massivlər
20-11-2019 10:47
XƏBƏRLƏR
Təlimçimizi yeni nəaliyyəti münasibətilə təbrik edirik!
Ramil Məmmədov, AWS Certified Solutions - Associate imtahanından uğurlu nəticə toplayaraq, AWS üzrə beynəlxalq sertifikat əldə etmişdir.
EduTech komandası olaraq, təlimçimizi bu uğuru münasibətilə təbrik edirik.
Uğurlarınız davamlı olsun Ramil Məmmədov!