Azərbaycanda səmərəli fəaliyyəti ilə fərqlənən EduTech şirkəti Informasiya Texnologiyalarının Təlim və Texniki xidmətlər istiqaməti üzrə fəaliyyətinə 2015-ci ildə başlamışdır.
Yarandığı ilk gündən özəl xüsusiyyətləri və bənzərsiz iş prinsipi ilə fərqlənən şirkət qısa müddət ərzində bir çox layihələrin həllində iştirak etmişdir. EduTech şirkətinin peşəkar komandasının beynəlxalq standartlara cavab verən, olduqca əhatəli təlim proqramları Azərbaycanın və beynəlxalq şirkətlərin diqqətini cəlb etmiş, bu da nəticədə şirkətin əməkdaşlıq sferasının genişlənməsinə səbəb olmuşdur.
Hazırda onlarla şirkətin rəsmi tərəfdaşı olan EduTech Microsoft, Juniper, Fortinet, Kaspersky, Spamtitan, Certiport, PearsonVUE, PSI və digər nəhəng şirkətlərin nümayəndəsi kimi fəaliyyət göstərir.
Fərəhləndirici haldır ki, EduTech 2015-ci ildə dünyaca məşhur Microsoft şirkətinin "Təlim üzrə Partnyor", 2017-ci ildə isə "Microsoft Cloud” istiqaməti üzrə tərəfdaşlıq statusunu qazanmış və hal-hazırda iyirimdən çox beynəlxalq şirkətlərə əməkdaşlıq edir.
EduTech öz geniş təcrübəsinə əsaslanaraq daxili və beynəlxalq mütəxəssislərdən ibarət komandası ilə birgə Informasiya texnologiyalarının bir çox istiqaməti üzrə autsorsinq, texniki xidmətlər həyata keçirir.
EduTech keçirtdiyi təlim və tədrisin keyfiyyəti ilə fərqlənən bir şirkətdir. Beynəlxalq informasiya texnologiyasının bütün yeniliklərini anındaca mənimsəyən və bunu Azərbaycandakı tərəfdaşlarına ötürməyə çalışan EduTech ölkəmizin inkişafında xüsusi yeri olan Avropa Şurası, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisad Universiteti, KapITalBank, Pasha Holding, Sobsan Boya, Avromed, Embawood, Veyseloglu, Avrora kimi nəhəng şirkətlərin texniki tərəfdaşıdır.
İnformasiya texnologiyası sahəsində bənzərsiz bir brend olan EduTech beynəlxalq imtahan mərkəzi olaraq dünyanın bir çox məşhur şirkətləri ilə də əməkdaşlıq edir. Məhz bu səbəbdən bir çox beynəlxalq seminar və imtahanlar, təlim və tədris proqramları şirkətin mərkəzində keçirilir.
EduTech IT təlim mərkəzi öz karyerasını IT sahəsində qurmaq və ya mövcud biliklərini artıraraq, professional imkanlarını genişləndirmək istəyən şəxslərə öz töhfəsini verən bir müəssisədir.
Biliklərin yalnız nəzəri deyil, eyni zamanda praktiki şəkildə tələbələrə çatdırılması şirkətin fərqli iş prinsipinin əsasını təşkil edir. EduTech-in peşəkar komandası hər kəsə individual yanaşır, hətta təlim müddəti bitdikdən sonra belə öz diqqətini tələbələrindən əsirgəmir, onların iş prosesində üzləşdikləri problemləri həll etməyə çalışır. Təlimlər öz sahəsində müvafiq beynəlxalq sertifikatlara və uzunmüddətli iş təcrübəsinə malik olan mütəxəssislər tərəfindən həyata keçirilir.
Eyni zamanda, imtahan mərkəzi olaraq fəaliyyət göstərən ofisimiz rəsmi Certiport, Pearson VUE və PSI imtahanlarının keçirilməsi üçün müvafiq şəraitlə təmin olunmuşdur ki, bu da öz biliklərini beynəlxalq sertifikatlarla təsdiq etmək istəyən şəxslər üçün geniş imkanlar yaradır.