Yeniliklər
Microsoft Fundamentals of a Windows Server Infrastructure (Course 10967) təliminə qeydiyyat başlandı!
19 Yanvar, 2016

Təlim haqqında:

Fundamentals of a Windows Server Infrastructure   təlimi Microsoft Windows Server texnologiyaları üzrə karyera başlamaq və ya IT Helpdesk  bacarıqlarını təkmilləşdirmək istəyən tələbələr üçün nəzərdə tutulub.
Təlim şəbəkənin qurulması və tənzimlənməsinin əsasları, saxlanc, şəbəkə infrastrukturu, şəbəkə komponentləri, şəbəkə protokolları, server rolları,  domain xidməti (AD DS),  qrup siyasəti, İT təhlükəsizliyi, server təhlükəsizliyi, şəbəkə təhlükəsizliyi, təhlükəsizlik proqram təminatı və digər mövzuların əsaslarını əhatə edir. Ətraflı məlumat üçün bu keçiddən istifadə edin: Fundamentals of a Windows Server Infrastructure 2012
Təlim Microsoft-un təhsil tərəfdaşı olan ixtisaslaşmış təlimçilər (MVP, MCT) tərəfindən həyata keçirilir.  Dərslər Azərbaycan dilində tədris edilir. Dərslər həftədə iki dəfə, 2,5 saat olmaqla 40 saat əhatə edir.
 

Təlimə kimlər qatlı bilər ?
Təlimdə iştirak edəcək tələbələr minimum Windows 7 və yaxud digər əməliyyat sistemləri ilə işləmək bacarığına, ilkin İT biliklərə malik olmalıdır. 
 

Başlama tarixi: 22 Fevral
Təlimə daxildir:
∙ Rəsmi Microsoft vəsaitləri
∙ MTA vauçer
∙ Virtual laboratoriya
∙ Sertifikatlar (Microsoft və EduTech sertifikatlar)
Qeydiyyat üçün: http://edutech.az/trainings (qeydiyyat düyməsi seçin) və ya nömrələrimizə zəng edin: +994 50 205 10 37/38
E-mail: info@edutech.az; Elbina.r@edutech.az