Yeniliklər
Microsoft Excel 2016 elektron cədvəl sürətləndirilmiş təlimlərinin qeydiyyatı davam edir!
29 Oktyabr, 2015

Təlim Microsoft-un Təhsil Tərəfdaşı olan ofis proqramları üzrə peşəkar və beynəlxalq sertifikatlı (MCT, MOS Master) mütəxəssislər tərəfindən həyata keçirilir!
Təlim haqqında:
Sürətləndirilmiş kurslar qısa müddətə peşəkar səviyyədə MS Excel proqramı öyrənmək istəyən dinləyicilər üçün nəzərdə tutulub.
İstifadəçilər bir ay ərzində, tez və səmərəli şəkildə verilənləri Excel iş vərəqinə əlavə edib, onları redaktə və formatlaşdıra biləcək, cədvəlləri, pivot cədvəlləri, diaqramları yarada biləcək, təkrar olunan məlumatları tapıb silə biləcək, düsturlar və mürəkkəb funksiyaları istifadə edə biləcək, məlumatların qorunması və çapa verilməsini, öz işini avtomatlaşdırmağı rahat bacaracaqlar. İstifadəçilər, həmçinin, bu təlimi bitirdikdən sonra böyük həcmdə məlumatlarla işləmək, onların təhlilini aparmaq və makroslardan istifadə etmək vərdişlərinə yiyələnəcəklər. Təlimdə əldə edilmiş biliklərin praktiki tətbiqinə böyük diqqət yetirilir. MS Excel-də daha effektiv iş üzrə hər cür məsləhətlər və tövsiyələr verilir. 
Dörd səviyyədən ibarət olan MS Excel təliminə noyabr ayının 15-nə qədər qeydiyyatdan keçərək 360 manat deyil 250 manat ödəyərək bütün təlim paketini əldə edə bilərsiniz (Dərslər həftədə 3 dəfə, 3 saat olmaqla 36 saat əhatə edir).
Tədris planı üçün: http://goo.gl/4tb0BZ
Qeydiyyat üçün: http://edutech.az/trainings (qeydiyyat düyməsi seçib, məlumatları doldurun. Biz Sizinlə əlaqə saxlayacağıq).
Əlavə məlumatlar üçün nömrələrimizə zəng edin: +994 50 205 10 37 (38)
E-mail: info@edutech.az