Yeniliklər
İT Əsasları (Helpdesk) təlimlərinə qeydiyyat başlandı!
23 Oktyabr, 2015

İT Əsasları (Helpdesk) təlimlərinə qeydiyyat başlandı!
Təlim Microsoft-un Təhsil Tərəfdaşı olan ixtisaslaşmış təlimçilər tərəfindən aparılır!
Təlim haqqında:
Helpdesk kursu İT sahəsinə yeni addım atan, bu sahədə çalışan və biliklərini möhkəmləndirmək istəyən şəxslər üçün ən ideal seçimdir. Bu təlim kompüterlərin avadanlıq təminatı, əməliyyat sistemləri, şəbəkə və təhlükəsizliyin əsaslarından ibarət nəzəri və praktik məşğələləri əhatə edir. Təlimi uğurla bitirdikdən sonra tələbələr İT sahəsində onlara daha maraqlı olan digər istiqamətlərdən birini seçə və həmin istiqamət üzrə kurslarını davam etdirə və ya şirkətlərdə Helpdesk mütəxəssisi kimi çalışmağa başlaya bilərlər.
Dərslər Azərbaycan dilində tədris edilir. Təlim həftədə 2 dəfə 2 saat olmaqla 48 saatı əhatə edir
Tələbələrə dərsliklər ingilis dilində, elektron variantda təqdim olunur. Əlavə olaraq dərslərdə istifadə olunan, təlimçilər tərəfindən hazırlanmış digər dərslik materialları və laboratoriya işləri də təqdim olunur. Laboratoriya mövzuları keçirilən kursun planına əsasən hazırlanır.
İT Əsasları (Helpdesk) tədris planı üçün bu keçiddən istifadə edin:http://goo.gl/3eD3aR
Qeydiyyat üçün: http://edutech.az/trainings (qeydiyyat düyməsi seçib, məlumatları doldurun. Biz Sizinlə əlaqə saxlayacağıq.) 
Əlavə məlumatlar üçün nömrələrimizə zəng edin: +994 50 205 10 37 (38)
e-mail: info@edutech.az