Yeniliklər
EduTech "Microsoft Silver Learning Partner" statusunu qazanmışdır.
13 Sentyabr, 2015

EduTech Təlim və Araşdırma Mərkəzi Microsoft şirkətinin tədris üzrə rəsmi tərəfdaşı kimi qeydə alınıb və Microsoft Silver Learning Partner statusunu qazanmışdır.
Təhsil sahəsində bizim üstünlüklərimiz:


• Bütün təlimçilər öz sahələrində uzun müddətli təcrübəyə malik sertifikatlaşdırılmış mütəxəssislər və ekspertlərdir.
• Hər bir tələbə şəxsi kompüter ilə təchiz olunmuş xüsusi iş yeri ilə təmin edilir. Təlim zamanı diqqət müvafiq təlim proqramları üzrə praktiki... bacarıqların inkişafına yönəldilir.
• Təlimləri uğurla başa vuran tələbələr, müvafiq təlim üzrə beynəlxalq imtahanı uğurla verdikdə imtahan dəyərinin 20-30% (kursdan asılı olaraq) miqdarı tələbəyə hədiyyə edilir.
• Əvvəlki təlimlərimizdə iştirak edən hər bir tələbə növbəti kurs üçün avtomatik olaraq 10% endirim əldə edir
• Hər hansı bir təlim kursunu bitirən tələbə, təlim sona çatdıqdan sonra hər zaman təlimçilərin daimi dəstəyini ala bilər.
• Hər hansı bir təlim kursunu uğurla bitirən tələbə, təlim sona çatdıqdan sonra hər zaman təlimçilərdən iş ilə referans verilməsi və şirkətlərə həmin tələbələrlə bağlı təlimçi baxışlarının təqdim edilməsi kimi imkandan yararlana bilərlər.
• Təlimləri yaxşı nəticələrlə başa vurmuş tələbələr üçün iş imkanlarına köməklik göstərilir.