Yeniliklər
EduTech təlim və araşdırma mərkəzi Certiportun rəsmi imtahan mərkəzidir.
02 Sentyabr, 2015


EduTech Təlim və Araşdırma Mərkəzi Certiportun Azərbaycandaki rəsmi imtahan mərkəzi olaraq Sizlərə xidmət göstərir. Certiportun rəsmi səhifəsində bu barədə http://www.certiport.com/Locator/Home/Details/90061587 ünvanından məlumat əldə edə bilərsiniz.
Certiport Person VUE şirkətinin xidməti olaraq dünyada bir çox sahə üzrə mütəxəssislərin qiymətləndirilməsini təmin edir. Certiport dünya üzrə 12000-dən artıq mərkəzdə Microsoft Office, Microsoft Technology Associate, Adobe Certified Associate, Adobe Certified Expert, HP Accredited Technical Associate, CompTIA Strata IT Fundamentals, Autodesk Certified User, Intuit QuickBooks Certified User sertifikatlaşdırma proqramları və IC3 Digital Literacy sertifikat proqramı üzrə şəxslərin özlərini sınaqdan keçirməsinə və informasiya texnologiyaları sahəsində beynəlxalq dərəcəli status əldə etmələrinə şərait yaradır.
Siz EduTech Təlim və Araşdırma mərkəzində Microsoft Office, Microsoft Technology Associate və digər bir çox sertifikat proqramları üzrə rəsmi imtahanlarda iştirak edib uğur əldə edə bilərsiniz.

Microsoft Office Specialist (MOS) – bu sahə üzrə əldə edəcəyiniz sertifikat Sizin MS Office proqramları üzrə kifayət qədər bilik və bacarıqlara sahib olduğunuzu nümayiş etdirmək üçündür.

Microsoft Technology Associate (MTA) - Microsoft şirkəti tərəfindən informasiya texnologiyaları sahəsində yeni fəaliyyətə başlayan mütəxəssislərin ilkin-əsaslı biliklərinin yoxlanılması məqsədilə təşkil edilmişdir. İnformasiya texnologiyaları sahəsində ixtisaslaşmağa MTA ilə başlamaq istəyən şəxslər öz bilik bacarıqlarına və ya arzularına əsasən İT infrastrukturunun idarə edilməsi (IT Infrastructure) , Verilənlər bazası idarəetmə sistemlərinin idarə edilməsi (Database) və ya proqram təminatlarının hazırlanması (Developer) istiqamətlərindən birini seçə bilərlər.

 

İT infrastrukturunun idarə edilməsi (IT Infrastructure) üzrə aşağıdakı imthanlarda iştirak etmək imkanı vardır:

  • a) 98-365 - Windows Server Administration Fundamentals
  • b) 98-366 - Networking Fundamentals
  • c) 98-367 - Security Fundamentals
  • d) 98-349 - Windows Operating System Fundamentals

 

Verilənlər bazası idarəetmə sistemlərinin idarə edilməsi (Database) üzrə:

    a) 98-364 - Database Administration Fundamentals
  •  
  •  

Proqram təminatlarının hazırlanması (Developer) üzrə:

  • a) 98-368 - Windows Mobility and Device Fundamentals
  • b) 98-369 - Office 365 Cloud Fundamentals
  • c) 98-361 - Software Development Fundamentals
  • d) 98-363 - Web Development Fundamentals
  • e) 98-372 - .NET Fundamentals
  • f) 98-375 - HTML5 Application Developer Fundamentals

 

Bu sahələrin hər hansı birini istiqamət olaraq müəyyənləşdirib imtahan vermək daha sonra həmin istiqamət üzrə daha yuxarı səviyyəli imtahanları verərkən bilik səviyyənizə əminliyinizə müsbət təsir göstərəcəkdir.http://goo.gl/MPy4pK bu ünvandan istifadə edərək yol xəritəsini əldə edə bilərsiniz. Eyni zamanda MTA imtahan proqramları barədə ətraflı məlumatlarıhttp://goo.gl/Zn1ls4 və http://goo.gl/WNZCbZ ünvanlarından əldə edə bilərsiniz.